Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi (çərşənbə günü) noyabrın 27-də, səhər sionist rejimin Livana təcavüzünün sona çatması xəbərini alqışlayıb və İran İslam Respublikasının Livan hökuməti, xalqı və müqavimətinə qəti dəstəyini vurğulayıb.
O, Qəzza və Livana qarşı müharibənin dərhal dayandırılmasının zəruriliyi ilə bağlı İran İslam Respublikasının daimi mövqeyinə və bu məqsədə çatmaq üçün İranın son 14 ayda geniş diplomatik addımlarına toxunaraq, qeyd edib: ABŞ və bəzi Avropa hökumətlərinin hərtərəfli dəstəyi ilə müşayət olunan sionist rejimin müharibə və cinayətlərinin nəticəsində 60 min günahsız insanın şəhid olub, 120 min insanın yaralanıb, Fələstin və Livanın məzlum xalqından üç milyon yarımdan çox insan didərgin düşüb, Qəzza zolağında və Livanda həyati əhəmiyyətli infrastrukturlar geniş şəkildə dağıdılıb.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Beynəlxalq Cinayət Məhkəməsinin soyqırımın qarşısının alınması və sionist rejim rəhbərlərinin Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə həbsinə dair qərarına əsasən, dünyanın ictimai rəyi, son 14 ayda müharibəyə və soyqırıma son qoyulması çağırışlarını vermişlər və bu gün işğalçı rejimin cinayətkarlarının məhkəməyə çıxarılmasını və cəzalandırılmasını gözləyirlər.
Sizin rəyiniz